Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECCAS) Qabonun konstitusiya quruluşuna qayıdana qədər üzvlüyünü dayandırdığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yerli mətbuatın məlumatına görə, ECCAS ölkələrinin liderləri avqustun 30-da Qabondakı çevriliş gündəmi ilə Ekvatorial Qvineyada toplaşıblar. Zirvə toplantısında alınan qərarla Qabonun ECCAS üzvlüyü konstitusiya quruluşuna qayıdana qədər dayandırılıb.
Baş ofisi Qabonun paytaxtı Librevildə yerləşən ECCAS 1983-cü ildə yaradılıb. ECCAS üzvlərinə Anqola, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Respublikası, Konqo Demokratik Respublikası, San-Tome və Prinsipi, Ekvatorial Qvineya, Qabon və Ruanda daxildir.