İspaniyada evləri qarət edən gürcü dəstəsinin üzvləri saxlanılıbbackend

İspaniyada evləri qarət edən gürcü dəstəsinin üzvləri saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya polisi tərəfindən Gürcüstan vətəndaşlarından ibarət soyğunçu dəstənin üzvləri saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumata əsasən, onlar İspaniya ərazisində evləri və müxtəlif tikililəri qarət ediblər.

İspaniya polisinin məlumatına görə, soyğunçu dəstəsinə Madriddə “Qanuni oğrular” rəhbərlik edib.

Şəbəkə müxtəlif şəhərlərə gələn və onlarla obyekti qarət edərək ərazini tərk edən bir neçə nəfərdən ibarət qruplara bölünüb. Həmçinin, qrup üzvlərinin Gürcüstan və digər ölkələrə pul göndərdiyi də məlum olub.

Polis saxlanılan üç nəfərin yaşadıqlara evə baxış zamanı oğurlanmış əşyalar, o cümlədən bahalı saatlar, qızıl-zinət əşyaları, mobil telefonlar və nağd pul götürüblər. Mətbuat qurumun daha bir üzvünün saxlanılmasının mümkün olduğunu yazır.