Gürcüstanda bu məhsullar ucuzlaşdıbackend

Gürcüstanda bu məhsullar ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin avqust ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,7%, illik inflyasiyanın səviyyəsi isə 0,9% təşkil edib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Sakstat-ın bu gün açıqladığı avqust ayı inflyasiya göstəricilərinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə baza inflyasiyası 2,7% təşkil edib.

2023-cü ilin avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə qiymətinin ən çox düşdüyü məhsulların siyahısını təqdim edirik:

günəbaxan yağı – 43,6%

Bibər – 42,9%

marqarin – 21%

Limon – 17,8%

Qoz – 13,2%

Toyuq döşü – 10,2%

Buğda unu – 9,9%

Çörək – 9,5%

Duz – 9,4% .