Meksikanın Xalisko ştatında helikopter qəzaya uğrayıb, 3 nəfər ölübbackend

Meksikanın Xalisko ştatında helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın qərbindəki Xalisko ştatında vertolyotun qarğıdalı sahəsinə düşməsi nəticəsində 3 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Jalisco Yerli Mülki Müdafiə Şurasının verdiyi açıqlamada Kolima şəhərindən havaya qalxan özəl helikopterin Tuxpan qəsəbəsində qarğıdalı tarlasına çırpıldığı bildirilib.

Açıqlamada helikopterin qəzaya uğradıqdan dərhal sonra alovlandığı və qəzada 3 nəfərin öldüyü bildirilib.

Bölgəyə çoxlu axtarış-xilasetmə qrupunun göndərildiyi bildirilən açıqlamada qəzanın səbəblərinin araşdırıldığı qeyd edilib.