Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) özəl təyyarə və helikopter kirayəsi şirkətinə məxsus helikopterin qəzaya uğradığı, hadisə nəticəsində 2 pilotun həyatını itirdiyi açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın məlumatına görə, Mülki Aviasiya İdarəsi ölkədəki Um əl-Qayveyn Əmirliyi sahilləri yaxınlığında qəzaya uğrayan helikopterlə bağlı açıqlama verib. Açıqlamada qəzaya uğrayan helikopterin AeroGulf şirkətinə aid olduğu və iki pilotun həyatını itirdiyi bildirilib, həlak olan pilotların yaxınlarına başsağlığı verilib. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.