Sərxoş miqrant kafedə polis əməkdaşlarına HÜCUM ETDİ – VİDEObackend

Sərxoş miqrant kafedə polis əməkdaşlarına HÜCUM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orenburqda sərxoş Qazaxıstan vətəndaşı polis əməkdaşlarına hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Orenburq şəhərində 47 yaşlı Qazaxıstan vətəndaşı yol kənarındakı kafedə sərxoş vəziyyətdə qalmaqal yaradaraq müştərilərin rahatlığını pozub.

Hadisə yerinə gələn polis əməkdaşları kişini masanın arxasında yatmış vəziyyətdə aşkarlayıblar.

Onu oyatmağa cəhd etdikdə isə kişi polislərə hücum edib. Asayiş keşikçiləri onu sakitləşdirmək üçün xüsusi vasitələrdən istifadə etməli olublar.

Kişi barəsində xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib və tibbi müayinəyə göndərilib. Lakin o, xəstəxanada da qalmaqal yaratmağa davam edib və polis əməkdaşlarını ictimai şəkildə təhqir edib.

Bununla əlaqədar onun barəsində hakimiyyət nümayəndəsini təhqir etmə maddəsi ilə cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az