İngiltərədə bir American Bully ‘XL’ cinsi it 11 yaşlı kiçik qıza hücum etdikdən sonra Britaniya Daxili İşlər Nazirliyi bu cinsi qadağan etmək üçün işə başlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İngiltərədə təhlükəli it cinslərinin qadağan edilməsi gündəmdədir İngiltərədə 11 yaşlı uşağa və ətrafdakı insanlara hücum edən Amerikan Bully ‘XL’ itinin görüntülərinin sosial mediada yayılmasından sonra açıqlama verən İngiltərə Daxili İşlər Naziri Suella Braverman, qadağan üçün işlərə başladıqlarını açıqlayıb.
Amerika Bully Daxili İşlər Naziri Suella Braverman son hücumla bağlı açıqlama verib:
Bu, çox dəhşətlidir. American XL Bully cəmiyyətlərimiz, xüsusən də uşaqlar üçün açıq və ölümcül təhlükədir. Biz belə davam edə bilmərik. Mən onları qadağan etmək üçün təcili tövsiyələr verdim. İngiltərədə heyvanların rifahı üçün çalışan Kral Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti (RSPCA) aşağıdakı açıqlama ilə çıxış edərək, cinslərin qadağan edilməsinin bu cinsləri cinayətkarların gözündə daha dəyərli etdiyini vurğulayıb.
“Bunlar böyük, güclü itlərdir, yəni ciddi xəsarətlər verə bilərlər. Ancaq təbiətcə aqressiv deyillər. Təəssüf ki, bu itlər bir çox sahibləri aqressiv davranışa sövq edən bir əmtəəyə çevriliblər və bunun dəyişdirilməsi lazımdır”.