Çinin Yulin şəhərində güclü yağışın səbəb olduğu sel və torpaq sürüşmələrində 7 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Quandun əyalətində seldən sonra bir fermada olan 75 timsahın sel suları tərəfindən yuyulduğu bildirilib və ətrafdakı insanlara evdən çıxmamaları barədə xəbərdarlıq edilib.
Ötən həftə Çini vuran “Haikui” qasırğası təsirini davam etdirir.
Quanqsi Çjuanq Muxtar Bölgəsində yerləşən Yulin şəhərində son 3 gündə təsirli olan şiddətli tufan sel və torpaq sürüşməsinə səbəb olub. Küçə və prospektlər su altında qalarkən, 115 yerdə sürüşmə baş verib.
Şəhərdə baş verən sel və torpaq sürüşmələrində 7 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.
Çin Meteorologiya İdarəsi güclü yağışların bu gün və sabah Quanqsinin cənub və cənub-şərq bölgələrində təsirli olacağı barədə xəbərdarlıq edib.
Guangdong əyalətinin Maoming şəhərindəki bir fermada 75 timsahı sel suları apardığı bildirilib
Təsərrüfata yaxın yaşayanlara çölə çıxmamaları barədə xəbərdarlıq edilərkən, timsahların tutulması üçün iş başladılıb.