Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada 2,2 milyon uşağın qarşısı alına bilən epidemik xəstəliklərə qarşı peyvənd ediləcəyi açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Milli Sağlamlıq Xidmətləri Agentliyinin (NPHCDA) direktoru Faisal Shuaib, açıqlamasında ölkədə uşaqlarda “sıfır epidemiya xəstəliyi” hədəfi çərçivəsində peyvənd kampaniyasına başlanıldığını bildirib.
Kampaniya ilə ölkə daxilində 2,2 milyon uşağa peyvənd etməyi hədəflədiklərini ifadə edən Şuaib, ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin, xüsusilə də uşaqların peyvəndlə qarşısı alına bilən xəstəliklərə hələ də həssas olmadığını ifadə edib.
Şuaib qeyd edib ki, COVID-19 epidemiyası zamanı ölkədə rutin peyvəndlə bağlı çətinliklər olub, lakin buna baxmayaraq, hökumət ölkə daxilində yeni peyvənd kampaniyasına başlamağa nail olub.