Fransada iPhone 12-lərin satışı qadağan edilibbackend

Fransada iPhone 12-lərin satışı qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Rəqəmsallaşma və Telekommunikasiya naziri Jean-Noel Barrot, ölkədə iPhone 12 model telefonların satışının növbəti xəbərdarlığa qədər qadağan edildiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Barrot ABŞ texnologiya nəhəngi Apple bir yeniləmə gətirənə qədər Fransada iPhone 12 model telefonun satışının dayandırıldığını ifadə edib

Nazir Barrot Milli Tezlik Agentliyindən (ANFR) sözügedən qadağaya əməl etmək üçün bütün zabitlərini səfərbər etməyi xahiş etdiyini bildirib

Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə iPhone 12-lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.

Avropada bir telefon cibdə və ya əldə tutulduqda radiasiya miqdarının 4W/kq olması tələb olunduğu halda, ANFR iPhone 12 model telefonda bu miqdarın 5,74 Vt/kq olduğunu ortaya qoyub.