Hindistanda Nipah virusundan iki nəfər ölübbackend

Hindistanda Nipah virusundan iki nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın cənubundakı Kerala ştatında iki nəfər Nipah virusundan ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ştat hökumətinə kömək etmək və virusun yayılmasını öyrənmək üçün bölgəyə ekspertlər göndərilib.

Paytaxt Yeni Dehlidə jurnalistlərə açıqlama verən səhiyyə naziri Mansukh Mandaviya Kerala ştatında Nipah virusundan ölənlərin olduğunu təsdiqləyib.

Mandaviya, əyalətin Kojikode bölgəsində iki ölümün Nipah virusundan qaynaqlandığını bildirib.

Ştat hökumətinə kömək etmək və virusun yayılmasını öyrənmək üçün bölgəyə ekspertlər göndərilib.

Kerala səhiyyə şöbəsi dünən Kozhikode-də iki “qeyri-təbii ölüm” haqqında məlumat verib.

Keraladan virusa yoluxduğu güman edilən dörd nəfərdən götürülən nümunələrin sınaq üçün Pune ştatındakı Milli Virusologiya İnstitutuna göndərildiyi də bildirilib.

Nipah virusuna yoluxmuş şəxslərdə simptomlar dərhal görünməsə də, qızdırma, baş, boğaz və əzələlərdə ağrı kimi simptomlarla qripə bənzər bir vəziyyət inkişaf edə bilər. Növbəti mərhələdə başgicəllənmə, yorğunluq, şüurun dəyişməsi baş verə bilər.

Həm heyvanlarda, həm də insanlarda xəstəliyə səbəb olan viral infeksiya olan Nipah virusu ilk olaraq Malayziyanın Nipah bölgəsində yayılan epidemiya ilə başlayıb.