Liviyanın baş naziri Əbdülhəmid ed-Dibeybe sel fəlakəti səbəbindən ibtidai və orta təhsil müəssisələrində təhsilin 10 gün müddətinə dayandırıldığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Liviyanın baş naziri Əbdülhəmid əd-Dibeybə açıqlamasında deyib: “Fəlakətdən əziyyət çəkən şəhərlərdəki ağrılı vəziyyəti nəzərə alaraq, ölkə daxilində ibtidai və orta təhsil müəssisələrində təhsili 10 gün müddətinə dayandırmaq qərarına gəldim”.
Bu bölgələrdəki tələbələrin təhsilə qayıtması üçün Təhsil Nazirliyinə plan hazırlamağı tapşırdığını deyən Dibeybe təhsil üçün müvəqqəti mərkəzlərin yaradılacağını da qeyd edib.
Dibeybe əvvəlki açıqlamasında sel səbəbiylə evlərini tərk edənləri yerləşdirmək üçün 700 yatağa malik gəminin Dərnə sahilinə yönəldildiyini açıqlamışdı.
Liviyada daşqın
Sentyabrın 10-da Mərkəzi Aralıq dənizini təsir edən və Liviyanın şərqini vuran “Daniel” tufanı Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Liviya Milli Birlik Hökuməti sel fəlakətində 6 min insanın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.