Füzulidə mina ilə çirkləndirilmiş bir ərazi var ki, orada kütləvi məzarlığın olduğunu ehtimal edirik.
“İnterpress.az” xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
“Lakin mina təhlükəsi bizə imkan vermir”, o əlavə edib.