Rusiyada ev şəraitində aparılan sünnət əməliyyatından sonra uşağın cinsiyyət orqanı amputasiya edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Novokuznetsk şəhərində ev şəraitində aparılan uğursuz sünnət əməliyyatından sonra azyaşlı uşağın cinsiyyət orqanının bir hissəsi amputasiya edilib.
Məlumata görə, ailə əməliyyatın aparılması üçün tanıdıqları uroloqa müraciət edib. İlkin ehtimala əsasən, həkim uşağın xəstəliyini nəzərə almadığı üçün tibbi səhvə yol verib.
Bir müddət sonra uşaqda sepsis inkişaf edib. Həkimlər onun həyatını xilas etmək üçün zədələnmiş toxumaları cərrahi yolla götürməli olublar.
Hadisə ilə bağlı cərrah barəsində cinayət işi başlanıb. O, məhkəməyə qədər həbsdə saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






