Peruda mütəşəkkil cinayətkar qruplarla mübarizə çərçivəsində 3 bölgədə fövqəladə vəziyyət (OHAL) elan edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Prezident Dina Boluarte Peru televiziyasına verdiyi açıqlamada, ölkənin bəzi bölgələrində şiddət dalğasının artdığını vurğulayaraq, San Juan de Luriqanço, San Martin de Porres və Sullana bölgələrində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb:
“Bu gün səhər cinayət təşkilatlarına qarşı daha təsirli və aqressiv mübarizə aparmaq üçün 3 bölgədə fövqəladə vəziyyət elan etmək qərarına gəldik. Beləliklə, cinayətin qarşısını almaq üçün daha qətiyyətli davranacağıq. Polis xalqın yanında olsun və ordu polisə dəstək olsun”.
Fövqəladə vəziyyət çərçivəsində Milli Polis (PNP) və Silahlı Qüvvələrə (FF.AA) geniş səlahiyyətlər verildiyi və cinayət təşkilatlarına qarşı əməliyyatlarda vaxt qazanılacağı qeyd edilib.
Qeyd olunub ki, San Juan de Luriqançda baş verən son zorakılıq hadisələri hökumətin fövqəladə vəziyyət elan etmək qərarında təsirli olub.
Sentyabrın 15-də San Juan de Luriqançoda gecə klubunda naməlum şəxslərin törətdiyi hücumda 15 nəfər yaralanıb.
Ötən gün həmin ərazidəki başqa bir gecə klubuna əl qumbarası atılıb, 5 nəfər yaralanıb.