Azərbaycan və Çin İKT sahəsində əməkdaşlığı müzakirə edibbackend

Azərbaycan və Çin İKT sahəsində əməkdaşlığı müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Çin arasında nəqliyyat və İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

“İnterpress.az” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində bildirib.

“Çinin ölkəmizdəki səfiri xanım Qo Minlə görüşdük. İki ölkə arasında nəqliyyat və İKT sahəsində mövcud əlaqələri müzakirə etdik, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.