Ukrayna ordusu işğal altındakı Zaporojye vilayətinin Verbovoy şəhərində Rusiyanın müdafiə xəttini yarıb.
“İnterpress.az” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin generalı Aleksandr Tarnavski deyib.
O bildirib ki, ölkəsinin qoşunları gələcəkdə daha ciddi uğurlar əldə edəcək: “Biz daha da irəliləməyə davam edirik”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ötən ilin fevralında başlayıb. Ukrayna ordusu bu ilin iyununda əks-hücum əməliyyatları keçirir.