Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
“İnterpress.az”ın məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov 1/4 final səddini uğurla keçib.
20 yaşlı Avropa çempionu bu raundda iranlı olimpiya çempionu Məhəmmədrza Geraini vaxtından əvvəl (10:0) məğlub edib.
Qeyd edək ki, 63 kq-da Murad Məmmədov da yarımfinala yüksəlib.