Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı hava limanında iğtişaşlar zamanı 9 polis əməkdaşı yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iki polis əməkdaşı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında iğtişaşçılar Mahaçqala hava limanına soxulub. Təl-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.