Sudanda hökumət 5 nazirin yerinə yeni nazirlər təyin edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Suverenlik Şurasının verdiyi yazılı açıqlamaya görə, Şura sədri Əbdülfəttah əl-Burhanın dərc etdiyi fərmanla kabinetdə dəyişiklik edilib.
Energetika və mədən naziri Məhəmməd Abdulla Mahmudun, heyvandarlıq naziri Hafiz İbrahim Abdunnebi, ticarət naziri Emal Salih Saad, nəqliyyat naziri Hişam Əhməd Əli Əbu Zeyd və əmək və inzibati islahatlar naziri Suad əl-Tayyib Həsənin yerinə yeni adlar təyin edilib.
Müvafiq olaraq, Muhyiddin Naim Məhəmməd Səid Energetika və Mədən Nazirliyinə, El Fatih Abdullah Yusuf Ticarət Nazirliyinə, Ebubekir Ebulkasim Abdullah Nəqliyyat Nazirliyinə, Əhməd Əli Abdurrahman isə Əmək Nazirliyinə təyin edilib. Kuba Sülh Müqaviləsinin maddələrinə uyğun olaraq, müqaviləni imzalayan silahlı hərəkatların təklif etdiyi adla Heyvandarlıq Nazirliyi təyin ediləcək.