Adil Kərimli: “Kitab ənənəsi Qarabağa möhtəşəm formatda qayıdacaq”backend

Adil Kərimli: “Kitab ənənəsi Qarabağa möhtəşəm formatda qayıdacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan xalqı elmə, ədəbiyyata, oxumağa meylli və bu sahəyə təşviqedici xalqlar içərisində yer alıb. Sevinirik ki, bu gün istər yeni texnoloji, istərsə də rəqəmsal dünyanın inkişafına baxmayaraq klassik kitablar yenə də gündəmdədir. Bu da bizim üçün vacib şərtdir”.

İnterpress.az xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.

Nazir əminliklə ifadə edib ki, işğal dövründə azad edilən ərazilərdəki kitab və kitabxanaya ciddi ziyan dəysə də, kitab ənənəsi Qarabağa möhtəşəm formatda qayıdacaq: “9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Qarabağ üçün kitabların toplanması və fondun zənginləşdirilməsi istiqamətində aksiyalar da təşkil ediləcək”.