Gürcüstanda “Tbilisi Energy” MMC-nin qeyri-məişət müştəriləri üçün təbii qazın qiyməti artırılacaq.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, yanvarın 1-dən “Tbilisi Energy” MMC-nin qeyri-məişət müştərilərinə verilən təbii qazın qiyməti 1 kubmetr üçün 1,24 (bir lari və 24qəpik) əvəzinə əlavə dəyər vergisi də daxil olmaqla 1,29 (bir lari və 29 qəpik) lari olacaq.
“Tbilisi Energy MMC yarım milyondan çox müştəriyə, o cümlədən 20 000-ə qədər qeyri-məişət abonentinə xidmət göstərən paytaxtın ən böyük təbii qaz paylama lisenziyaçısıdır.