Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna üçün 15,6 milyard dollarlıq kredit proqramının ikinci baxışını başa çatdırıb və 900 milyon dolların ödənilməsini təsdiqləyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BVF-dən verilən açıqlamada, İcraçı Direktorlar Şurasının Ukrayna ilə bağlı 4-cü maddə üzrə məsləhətləşməni və 4 illik maliyyə paketi çərçivəsində ikinci baxışı tamamladığı bildirilib.
Belə ki, ikinci baxışın tamamlanmasının təxminən 900 milyon dollar ödəməyə imkan verəcəyi qeyd edilib.
Ukrayna səlahiyyətlilərinin çətin şərtlər altında maliyyələşdirmə paketi çərçivəsində öhdəliklərinə uyğun olaraq “güclü” irəliləyiş əldə etdiyi bildirildi və Ukrayna iqtisadiyyatının yüksək qeyri-müəyyənliyə baxmayaraq diqqətəlayiq dayanıqlılıq nümayiş etdirməyə davam etdiyi vurğulanıb.
Martın 31-də BVF-nin İcraçı Direktorlar Şurası Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya ümumilikdə 122 milyard dollarlıq dəstək paketinin bir hissəsi kimi 48 aylıq 15,6 milyard dollarlıq maliyyə paketini təsdiqləyib.