Bu ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 287,6 milyon ABŞ dolları məbləğində satış olub.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Təkcə bu ay isə valyuta satışının məbləği 870,6 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,45 dəfə çoxdur.