Almaniyada qaçqınlar məcburi əməyə cəlb oluna bilərbackend

Almaniyada qaçqınlar məcburi əməyə cəlb oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Regional İdarələr Assosiasiyası bildirib ki, ölkədə işləyə bilən bütün sığınacaq axtaran şəxslər məcburi şəkildə işləməlidirlər.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniya Regional İdarələr Assosiasiyasının prezidenti Reinhard Sager yerli mətbuata verdiyi açıqlamada dövlətin maliyyə dəstəyinin qeyd-şərtsiz olmamalı olduğunu müdafiə edib.

Federal hökuməti Sığınacaq Axtaranlara Yardım Aktını dəyişdirməyə çağıran Sager deyib ki, Almaniyada uzun müddət yaşayan hər kəs işləmək məcburiyyətindədir. Cəmiyyətin gözlədiyi və bir çox qaçqının da istədiyi budur. Gələcəkdə qaçqınlar təkcə xeyriyyə işlərində deyil, özəl şirkətlərdə də işləməyə icazə verir.

O, qaçqınlardan xeyriyyə işlərində yalnız bir neçə bələdiyyənin faydalandığını ifadə edib. Bildirib ki, qaçqınların, xüsusən də kadr çatışmazlığı olan yerlərdə şirkətlərə işçi kimi təqdim edilməsi lazımdır.

Sager federal hökumətə etdiyi çağırışda ölkədəki bütün işləyə bilən sığınacaq axtaranların işləməsini tələb edib.