Fransanın ən böyük fermer ittifaqlarından biri olan FNSEA-nın baş katibi Herve Lapie bildirib ki, aylarla davam edən etirazlardan sonra hökumətin kənd təsərrüfatı böhranını həll etmək üçün atdığı addımlar onlara vəd edilən tədbirlərə uyğun gəlmir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
FNSEA-nın təklif etdiyi 120 tədbirdən yalnız 62-nin hökumətlə müzakirə edildiyini, sərmayələrin qoyulduğuna işarə edərək, bəzi sektorlarda addımlar atılsa da, bunların kifayət etmədiyi mesajını verib.
Hökumətin verdiyi vədlərlə indiyə qədər atdığı addımlar arasında çox böyük uçurumun olduğunu deyən Lapi kənd təsərrüfatı böhranından çıxmaq üçün şərtlərin yerinə yetirilmədiyini vurğulayıb.
Yanvarın 29-da traktorları ilə “Paris mühasirəsi” aksiyasına başlayan fermerlər paytaxta giriş-çıxış yollarını nəqliyyatın hərəkətinə bağlayıb.
Günlərlə davam edən yolların bağlanması hökumətin 400 milyon avrodan çox dəstək paketi və sektor üçün yeni tədbirlər görəcəyini elan etməsi ilə sona çatıb.
Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Belçika, Polşa, Macarıstan və Yunanıstan başda olmaqla bir çox Avropa İttifaqı ölkələrində fermerlər son zamanlar həyata keçirilən kənd təsərrüfatı siyasətlərinə etiraz edirlər.