İslam bankçılığı sistemi Uqandada başladıbackend

İslam bankçılığı sistemi Uqandada başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqandada “Salaam Bank”ın fəaliyyətə başlaması ilə İslam bankçılığı sisteminin rəsmi olaraq istifadəyə verildiyi açıqlanıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Uqanda prezidenti Yoweri Museveni bankın açılışında etdiyi çıxışda atılan addımla müsəlmanların Uqanda iqtisadiyyatına daha çox töhfə verəcəklərini bildirib.

İslam bankçılığı rəsmi olaraq Uqandada Cibutidə yerləşən Salaam Bankın fəaliyyətə başlaması ilə başladı.

Beləliklə, ölkədəki müsəlmanların bir çox sahədə bank sistemindən faydalanması, xüsusilə də bankdan faizsiz kredit ala bilməsi hədəflənir.

Uqandada fəaliyyət göstərən Finance Trust ilk dəfə 2022-ci ilin may ayında “halal bank hesabı” xidmətini istifadəyə verib.