Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Həsənov nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
Bu barədə İnterpress.az-a Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bundan əvvəl, Ə.Həsənov Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.
Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.