Ombudsman Cenevrədə beynəlxalq təşkilatın sessiyasında iştirak edibbackend

Ombudsman Cenevrədə beynəlxalq təşkilatın sessiyasında iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən illik iclası çərçivəsində “Biznes və insan hüquqları: Milli insan hüquqları təsisatlarının rolu və təcrübələri” mövzusunda tematik sessiyada iştirak edib.

Ombudsman Aparatının Mətbuat xidmətindən İnterpress.az-averilən məlumata görə, sessiyada çıxışı zamanı S.Əliyeva biznes və insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib, bu sahədə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb. Eyni zamanda, müvafiq sahədə milli qiymətləndirmə sənədinin cari il hazırlanaraq BMTİP-yə təqdim edildiyi və bu istiqamətdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub.

Müvəkkil BMT tərəfindən qəbul edilmiş “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsiplər”in ölkəmizdə milli qanunvericiliyə implementasiyası üzrə aparılan işlərdən də bəhs edib.

S.Əliyeva, həmçinin Azərbaycanda müvafiq sahə ilə bağlı perspektivlərin və müsbət təcrübələrin öyrənilməsi məqsədilə geniş məsləhətləşmələrin, müzakirələrinin həyata keçirildiyini, bu sahədə insan hüquqlarının təşviqi və müdafiəsi istiqamətində təşəbbüslərin davam etdirildiyini bildirib.

Sessiya çərçivəsində biznes fəaliyyəti üzrə insan hüquqları ilə bağlı mövcud tendensiyalar və çağırışlar müzakirə edilib, milli insan hüquqları təsisatlarının bu istiqamətdə müsbət təcrübələri barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində S.Əliyeva BMT-nin İnkişaf Proqramının biznes və insan hüquqları üzrə qlobal rəhbəri Livio Sarandrea ilə görüşüb. Görüşdə biznes və insan hüquqları sahəsində milli qiymətləndirmə sənədi ilə əlaqədar müzakirələr aparılıb.