Xatırladaq ki, icra başçısının qızı Vaşinqtondakı dostlarına verdiyi qonaqlıqla hamını heyrətləndirə bilib. Təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara “dollar qonaqlığı” verib.
Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əskinaslar düzülüb.
Bu, həm də Azərbaycanda devalvasiya dövrünə təsadüf edir.
Qeyd edək ki, həmin xanımın adı və kimliyi Modern.az saytına məlumdur, amma məclisdən çəkilən fotolar hələ əlimizdə olmadığından xəbərdə konkretliyə varmadıq.
Hələlik dəqiqləşdirilmiş məlumat bundan ibarətdir ki, səs-küylü qonaqlığı verən xanım Kəlbəcər rayonunun icra başçısı Aqil Məmmədovun qızı olub.
İnterpress.az