Meksikada seçki mitinqində səhnə uçdu: Ölənlər varbackend

Meksikada seçki mitinqində səhnə uçudu: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın San-Pedro şəhərinin merliyinə namizəd Loreniya Kannavatinin seçki mitinqində səhnənin bir hissəsi uçub.

İnterpress.az bildirir ki, hadisə nəticəsində 60 nəfər xəsarət alıb, doqquz nəfər dünyasını dəyişib.

Bu barədə Nuevo-Leon ştatının qubernatoru Samuel Qarsiya məlumat yayıb.

İnsident Vətəndaş Hərəkatı Partiyasının namizədi Loreniya Kannavatinin seçki kampaniyasını yekunlaşdıran mitinq zamanı baş verib.

Onunla bərabər səhnədə “Vətəndaş Hərəkatı”ndan Meksika prezidentliyinə namizəd Xorxe Alvares Maynes də çıxış edirdi.