25 yaşa qədər analara 4 min manatadək PUL VERİLƏCƏKbackend

25 yaşa qədər analara 4 min manatadək PUL VERİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Duması 25 yaşa qədər uşaq dünyaya gətirən qadınlara 200 min rubl (təxm. 3753 man) ödəməyi təklif edib.

İnterpress.az xəbər verir ki, Rusiyada LDPR fraksiyasının deputatları mayın 23-də Dövlət Dumasına 25 yaşınadək uşaq dünyaya gətirən qadınlara 200 min rubl birdəfəlik ödəməni nəzərdə tutan qanun layihəsi təqdim edəcəklər.

Deputatlar qeyd ediblər ki, indi ananın ilk övladının doğulduğu zaman orta yaşı artıb və 30 yaşa doğru gedir.

Onlar narahatdırlar ki, Rusiya qadınlarının təxminən 40%-i maddi vəziyyətlərinin pis olması səbəbindən uşaq sahibi olmaq istəmir və maliyyə cəhətdən müstəqil olmağa çalışır.

Xuraman Etibarlı

İnterpress.az