Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası payızda İrəvanda keçiriləcək.
İnterpress.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə şuranın iclasının yekunlarına dair Avrasiya İqtisadi Komissiyasının kollegiya rəhbəri Bakıtjan Saqintayev məlumat verib.
“Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası sentyabrın sonu – oktyabrın əvvəlində İrəvanda keçiriləcək”, – o qeyd edib.
2015-ci ildə yaradılan Avrasiya İqtisadi İttifaqına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.