Borrell: Yaxın Şərq müharibə astanasındadırbackend

Borrell: Yaxın Şərq müharibə astanasındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Yaxın Şərqin müharibənin astanasında olduğunu deyib.

İnterpress.az xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi “X” hesabında bildirib.

“Yaxın Şərqdə gərginlik artmaqda davam edir və onu müharibənin astanasına gətirir. Biz hamımız növbəti fəlakətin qarşısını almalıyıq. İrəliyə doğru yol konsensualdır: Qəzzada indi atəşkəsin əldə olunması. Gərginliyin azaldılmasına mane olanların hamısı etdiklərinə görə məsuliyyət daşıyacaq”, – Borrell vurğulayıb.