Haniyənin əvvəlcədən quraşdırılmış bomba ilə öldürülməsi İranın “DİLİNİ QISALDIB”backend

Haniyənin əvvəlcədən quraşdırılmış bomba ilə öldürülməsi İranın “DİLİNİ QISALDIB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haniyənin əvvəlcədən quraşdırılmış bomba ilə öldürülməsi İranın cavab zərbəsilə bağlı planlarını dəyişdirə bilər.

interpress.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. Ağ Ev bildirir ki, İran İsmayıl Haniyənin öldürülməsi ilə bağlı yeni təfərrüatlar səbəbindən İsrailə qarşı böyük cavab zərbəsi planını yenidən nəzərdən keçirə bilər.

Amerika kəşfiyyatının məlumatına görə, Tehran getdikcə Haniyənin əvvəlcədən quraşdırılmış bomba ilə partladıldığına inanmağa meyllidir.

Vaşinqtonun fikrincə, bu, Tehranın cavabını “yumşalda” bilər. İddialara görə, artıq müvafiq siqnallar qəbul edilir.

Qeyd etmək lazımdır ki, Haniyənin öldürülməsindən dərhal sonra Yaxın Şərq ölkələri və ABŞ tərəfindən İranı ləngitməyə fəal gizli iş başlayıb.

ABŞ nümayəndələri hətta Türkiyə ərazisindən helikopterlə İrana uçaraq “əlavə gözlər və qulaqlar olmadan” Tehranı sakitləşdirməyə çalışırlar.

Xuraman Etibarlı

İnterpress.az