“Mastertel” Holdinqinin baş direktoru azot oksidi ilə nəfəs aldıqdan sonra dünyasını dəyişib.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Mastertel” Holdinqinin baş direktoru Vitali Yezopov azot oksidi ilə nəfəs aldıqdan sonra dünyasını dəyişib.
Bir neçə gün əvvəl o, işə getməyib. Axşam saatlarında sahibkarın arvadı polislə birlikdə evə gəlib.
Vitalinin meyiti evin içərisində tapılıb. O, çarpayıda uzanmış vəziyyətdə, yanında üzərində “Azot” yazısı olan silindr, boru və “trubka”, başında isə plastik torba olub.
İlkin versiyaya görə, Yezopov azot oksidini inhalyasiya edib, dozanı hesablamayıb və asfiksiyadan ölüb.
Ölümündən bir müddət əvvəl Vitali şirkətin top menecmentini reyderlərin ələ keçirilməsini hazırlamaqda ittiham edib.
Xuraman Etibarlı
İnterpress.a