Norveç İsrail XİN-ə cavab verib.
interpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, Norveç İsrail Xarici İşlər Nazirliyinin ölkəni Fələstin Muxtariyyətində təmsil edən Norveç diplomatlarının İsraildəki diplomatik statusunu ləğv etmək qərarına cavab verib.
Norveç səlahiyyətliləri bunun “İsrail hökumətinin ifrat hərəkəti” olduğunu bildirib.
Xatırladaq ki, mayın 22-də Norveç, İrlandiya və İspaniya Fələstin dövlətini tanıdıqlarını rəsmən elan ediblər. Buna cavab olaraq İsrail bu ölkələrə qarşı cavab tədbirləri hazırlamağa başlayıb.
Avqustun 7-də İsrail Fələstin Administrasiyasının vəsaitlərinin Norveçdə saxlanmasına dair müqaviləni ləğv edib və bu gün İsrailin xarici işlər naziri Katz Norveç nümayəndələrinin Fələstin Muxtariyyətində İsraildəki diplomatik statusunu ləğv edəcəyini açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az