Yevlaxda kişi arvadını küt alətlə xəsarət yetirməkdə şübhəli bilinirbackend

Yevlaxda kişi arvadını küt alətlə xəsarət yetirməkdə şübhəli bilinir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda kişi arvadına ağır xəsarət yetirib.

Bu barədə İnterpress.az-a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

“Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb. S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib”- deyə məlumatda qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.