Dünən Gəncə və Göygöldə zəhərlənənlərin vəziyyəti açıqlanıbbackend

Dünən Gəncə və Göygöldə zəhərlənənlərin vəziyyəti açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə İnterpress.az-a cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına isə 3 fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə daxil olan şəxslərdən isə 37 nəfərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3-ü uşaq olmaqla 15 nəfərin müalicəsi davam etdirilir.