Müğənni Larisa Dolina ukraynalı fırıldaqçılar tərəfindən aldadılıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Larisa Dolina Moskvada mənzilini sataraq naməlum şəxslərə pul köçürüb.
68 yaşlı müğənni fırıldaqçılara 112 milyon rubldan çox (təxm. 2 milyon 100 min man) pul verib. Bu gün səhər 5 nəfər onun mənzilinə gələrək yeni ev sahibləri olduqlarını bildiriblər və ondan mənzili boşaltmasını istəyiblər.
Dolinanın Xamovnikidəki beş otaqlı mənzilinin sahəsi 236 kvadratmetrdir.
Sənətçinin sosial şəbəkələri də sındırılıb. Onun sosial şəbəkələrində mənzilini 112 milyon rubla satması, həmçinin bağçasını daha 50 milyona girov qoyması barədə yazı yayılıb.
Orada da yazılıb ki, o, bütün bunları Azov batalyonuna sponsorluq etmək üçün edib.
Xuraman Etibarlı
İnterpress.az