İstanbulda 205 ev oğurluğu ilə bağlı axtarışda olan iki qadın yaxalanıb.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. İstanbulun Küçükçekmece şəhərində iki qadın gözləri önündə olan yaşayış binasının mənzillərinə kartla girməyə cəhd edib.
Təhlükəsizlik kameralarını görüb qaçan iki qadın polisə yaxalanıb.
Qadınlardan birinin 36 il 8 ay həbs cəzası aldığı müəyyən edilib. Onlar 205 ev oğurluğu ilə axtarışdadır. Hər iki oğru məhkəmə tərəfindən həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az