Federal Penitensiar Xidmət yarım milyon rubla (təxm. 9 min man) büllurdan general çiyin poqonları alacaq.
interpress.az xəbər verir ki, bu barəd Rusiya mediası məlumat yayıb.
Federal Penitensiar Xidmət (FSIN) 453 499 rubla (təxm. 8500 man) büllurdan generalın çiyin poqonlarının alınması üçün tender təşkil edib.
Bu pula idarə general-mayorlar üçün on dəst, general-leytenantlar üçün isə beş dəst büllur çiyin poqonu almaq istəyir.
Hər bir dəst üçün FSIN təxminən 30 000 rubl (təxm. 600 man) ödəyəcək, bu belə zərgərlik malları üçün orta bazar qiymətindən 10 000 rubl (təxm. 200 man) çoxdur.
Xuraman Etibarlı
İnterpress.az