İordaniya vətəndaşı ABŞ-də terrorçuluqda ittiham olunub.
interpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, İordaniya vətəndaşı ABŞ-də enerji obyektinə hücum və İsraili dəstəkləyən biznesləri hədələməkdə ittiham olunub.
Hücum edən şəxs iyulun 11-də saxlanılıb. Onun binaların şüşə qapılarını sındırdığı və orada hədələyici məktublar qoyduğu qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az