200 sərnişini daşıyan təyyarə Soçiyə eniş edərkən az qala qəzaya uğrayacaqdı.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Pulkovodan gələn Boeing 737-800-ün kurort şəhərciyinə enməsi son dərəcə çətin olub. Eniş zamanı təyyarənin quyruğu uçuş zolağına toxunub.
Təyyarədə 189 sərnişin və yeddi ekipaj üzvü olub. Faciənin qarşısı alınıb və heç kim xəsarət almayıb.
Zədələnmiş təyyarənin uçuşu dayandırılıb və onun ləğv olunma ehtimalı var.
Federal Hava Nəqliyyatı Agentliyi hadisəni yoxlamağa başlayıb.
Xuraman Etibarlı
İnterpress.az