İsrailin hücumu nəticəsində İsmayıl Haniyənin 7 şəxsi mühafizəçisi həlak oldu – “Əl-Cəzirə”backend

İsrailin hücumu nəticəsində İsmayıl Haniyənin 7 şəxsi mühafizəçisi həlak oldu – “Əl-Cəzirə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin hücumu nəticəsində İsmayıl Haniyənin 7 şəxsi mühafizəçisi həlak olub.

interpress.az xəbər verir ki, bu arədə “Əl-Cəzirə” məlumat yayıb. Bildirilir ki, Qəzza zolağında Şati qaçqın düşərgəsinə endirilən aviazərbələrdən biri nəticəsində HƏMAS Siyasi Bürosunun mərhum lideri İsmayıl Haniyənin 7 şəxsi mühafizəçisi həlak olub.

Ərəb mediası İsrailin bütün Qəzzada hava hücumlarının intensivliyinin artdığını bildirib.

Qəzzanın şimalında bir gecədə avtomobil hücumu nəticəsində ən azı dörd nəfər həlak olub.

Qəzzanın mərkəzində də vəziyyət getdikcə daha acınacaqlı olur.

Hərbçilər Bureyc qaçqın düşərgəsində xəbərdarlıq etmədən bir ailənin evini dağıdıb, nəticədə 6 fələstinli həlak olub.

Cənubda İsrail ordusu Rəfahdakı əl-Məvasiyə doğru irəliləyərək sakinlərə və köçkün ailələrə atəş açıb. Ordunun fəal olduğu Xan Yunisdə də hücumlar davam edib.

Xuraman Etibarlı

İnterpress.az