Ukrayna Radası Roma statutunu ratifikasiya edibbackend

Ukrayna Radası Roma statutunu ratifikasiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radası Roma Statutunu ratifikasiya edib.

İnterpress.az xəbər verir ki, qərar layihəsinin lehinə 281 deputat səs verib.

Bu məsələ Ukraynaya statutun üzvü olan dövlətlərin toplantılarında iştirak hüququ qazandırmaqla yanaşı, ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə tamhüquqlu üzv olmasını da şərtləndirir. Statutun qazandırdığı əsas üstünlük isə Ukrayna tərəfinin Rusiya hərbçilərini törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb etməkdən ibarətdir. Sənədin bu müddəası öz ərazi bütövlüyünü qoruyan Ukrayna hərbçilərinə şamil edilməyəcək.

Roma statutunun ratifikasiyası ilə adı çəkilən ölkədə məhkəmə sisteminin effektivliyi də əhəmiyyətli dərəcədə artacaq.

Qeyd edək ki, sözü gedən statutun qəbul edilməsi Avropa İttifaqına üzvlük üçün qoyulan tələblərdən biridir./apa