Altay Respublikasında 17 yaşlı samboçu qız İNTİHAR ETDİ – FOTObackend

Altay Respublikasında 17 yaşlı samboçu qız İNTİHAR ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novosibirskdə məşq edən Altay samboçusu intihar edib.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, 17 yaşlı sambist Ksyuşa Çeponova intihar edib. Qız Novosibirskdə məşq edirdi.

Onun teleqram kanalında etnik zorakılıq haqqında yazı peyda olub.

“Mən yaxşı insan deyildim, amma pis insan da deyildim… Mənim günahkaram ki, gözlərim uzunsov, dərim də tünd rəngdədir?

Bəzi insanlar bunu zarafat etməyə başlayana qədər mən milli mənsubiyyətimdən heç vaxt utanmadım”, – Çeponova yazıb.

İntihar qeydinin altındakı şərhlərdə qızın tanışlarından gələn mesajların çoxu da mümkün bullinqə işarə edir.

Xuraman Etibarlı

İnterpress.az