Volqoqradda İŞİD üzvləri təcridxananın üç əməkdaşını qətlə yetirib, bir neçə nəfəri girov götürübbackend

Volqoqradda İŞİD üzvləri təcridxananın üç əməkdaşını qətlə yetirib, bir neçə nəfəri girov götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volqoradda İstintaq Təcridxanasının əməkdaşlarını qətlə yetirən məhbuslar Rusiya Federasiyasında qadağan olunmuş İŞİD üzvləri olduğu məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə Mash teleqram kanalının yaydığı videogörüntülərdən məlum olub.

Görüntülərdə 19 saylı cəzaçəkmə müəssisəsində azı 3 nəfərin öldürüldüyü, daha bir neçəsinin yaralandığı və girov götürüldüyü əks olunub.

Giröv götürənlər arasında terrorçuluqda təqsirli bilinən bir nəfərin olduğu qeyd olunub.

Təhlükəsizlik qüvvələri hazırda hadisə yerindədir, xüsusi təyinatlılar təcridxanaya hücum etməyə hazırlaşır./apa