Sabirabad rayonunda qadın qətlə yetirlib, hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.
Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
“Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır”, – məlumatda qeyd olunub.