Hindistanda keçən il ucaldılan milli qəhrəmanın abidəsi UÇDUbackend

Hindistanda keçən il ucaldılan milli qəhrəmanın abidəsi UÇDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda keçən il ucaldılan milli qəhrəmanın abidəsi uçub.

interpress.az xəbər verir ki, bu barədə “The Hindu” qəzeti məlumat yayıb.

Hindistanın qərbindəki Maharaştra ştatında 2023-cü ilin dekabrında baş nazir Narendra Modinin açılışını etdiyi Hindistanın milli qəhrəmanı Şivacinin abidəsi keyfiyyətsiz tikinti ucbatından uçub.

Bildirilir ki, Sundxudurq rayonunda Şivacinin 10 metr hündürlüyündə heykəlinin yer aldığı abidə açılışından səkkiz ay sonra bazar ertəsi günü çöküb.

Onun yaradılması üzrə işlər zamanı keyfiyyətsiz konstruksiyalar və materiallardan istifadə olunub.

Qəzet qeyd edir ki, yerli hakimiyyət orqanları əvvəllər hava şəraitinin təsiri altında və tikinti işlərinin keyfiyyətsiz aparılması nəticəsində çökmə ehtimalı barədə xəbərdarlıq etmiş mütəxəssislərin rəyinə məhəl qoymayıb. Heykəlin uçması nəticəsində ölən və yaralanan olmayıb.

Maharaştra İctimai İşlər Departamentinin müraciətindən sonra podratçıya və digərlərinə qarşı sui-qəsd, fırıldaqçılıq və ictimai təhlükəsizliyə təhlükə törətmək ittihamı ilə cinayət işi açılıb. Yaxın vaxtlarda Şivaci abidəsinin bərpasına qərar verilib.

Qeyd edək ki, Şivaci 17-ci əsrin ortalarında müsəlman idarəçiliyinə qarşı üsyan edən və 1674-cü ilə qədər indiki Maharaştrada Maratha əyalətini yaradan Hindistanın milli qəhrəmanıdır.

Xuraman Etibarlı

İnterpress.az